Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays bildirib ki, növbəti onilliyin əsas problemi iqlim dəyişikliyi olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu baradə feysbukda paylaşım edib: “Artıq bir neçə ildir ki, iqlim proqnozları getdikcə pisləşir. Ancaq bu fonda belə, BMT-nin yeni hesabatı olduqca qorxunc görünür ... "
Onun sözlərinə görə, iqlim yüz minlərlə ildir olmamış sürətlə dəyişir, onlardan bəzilərini artıq geri qaytarmaq mümkün deyil. Sözsüz ki, insan günahkardır.
Çubays ən pis xəbər ən optimist proqnozların belə Paris iqlim müqaviləsinin məqsədlərinə uyğun gəlməməsidir: "Planet daha sürətli istiləşir. Bunun əsas birbaşa nəticəsi ən böyük iqtisadiyyatlar tərəfindən neft və qaz yanacağından məcburi şəkildə imtina edilməsidir".
Rusiya prezidentinin xüsusi nümayəndəsi əlavə etib ki, tullantıların dərhal azaldılması olmasa, əsrin sonuna qədər orta temperatur iki dərəcədən çox arta bilər: "Bəşəriyyətin neft və qazdan imtina etmək də daxil olmaqla düzəlməyə çalışması üçün 10 ili qalıb".
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















