Dağıstanın Xutrax kəndində 20-yə yaxın ev yanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanğının söndürülməsinə ölkənin Fövqəladə Hallar Nazirliyi və yerli əhali cəlb olunub.
Yanğın zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.