• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Çində “narıncı” xəbərdarlıq elan olundu

DÜNYA

30 Oktyabr 2023 | 20:01 | Müəllif: Subhan Mahmudov

Çində “narıncı” xəbərdarlıq elan olundu

Çinin paytaxtı Pekində hava çirklənməsi səbəbindən “narıncı” təhlükə xəbərdarlığı elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bir çox məhdudiyyəti əhatə edən xəbərdarlıq oktyabrın 30-da günortadan sonra qüvvəyə minib. Dördpilləli sistem üzrə ən yuxarı 2-ci səviyyədə olan “narıncı” xəbərdarlıq adətən 3 ardıcıl orta və 2 ardıcıl yüksək səviyyədə hava çirklənməsi halında elan edilir. Noyabrın 4-dək davam edəcək xəbərdarlıq müddətində atmosferi nisbətən çox kirlədən avtomobillərin şəhərdə hərəkəti qadağan edilib.

Pekinin ekologiya və ətraf mühit bürosu uşaqlara, yaşlılara, respirator xəstəliklərdən əziyyət çəkənlərə və ürək xəstəliyi olanlara açıq havaya çıxmamağı, şəhər sakinlərinə ümumilikdə açıq havada az olmağı tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR