• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Tunceli təhlükə altındadır - Geoloqdan xəbərdarlıq

DÜNYA

29 Noyabr 2023 | 18:51

Tunceli təhlükə altındadır - Geoloqdan xəbərdarlıq

Bunları bəlkə ilk dəfə burada dilə gətirirəm. Tunceli təhlükə altındadır. Bu gün həmin bölgədən heç kim bəhs etməsə də, təhlükə mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin məşhur geoloqu, İstanbul Texniki Universitetinin professoru Naci Görür Türkiyənin seysmik xəritəsi ilə bağlı açıqlamalar verərkən deyib.

"Ərzincan-Karlıova arasında Yediova fayı var. Bu fayda yeraltı təkan sonuncu dəfə 1790-cı ildə baş qaldırıb, o, 250 ildən bir seysmik aktivlik yaratma potensialına malikdir. Gün getdikcə yaxınlaşır. Xüsusilə Pülümürün olduğu yeri, Ərzincan-Karlıova arasını gözləyirik. Bu fayda seysmik aktivlik oyanarsa, 7,4 ballıq zəlzələ baş verə bilər. Tuncelidən uzaqda deyil. Qərbdən də seysmik cəhətdən aktiv fayla əhatə olunub. Yedisu fayı xüsusilə təhlükəli hesab olunur. Vaxtına çox az qalıb, zarafat deyil. Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik. Təkrarlanma dövrünü bilmirik", - geoloq qeyd edib.


SON XƏBƏRLƏR

01 Dekabr 2024