• Bakı 24° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Daha bir “Prius” qəzası - 27 yaşlı gənc öldü

HADİSƏ

17 Iyun 2024 | 12:12

Daha bir “Prius” qəzası - 27 yaşlı gənc öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.

İdarəetməni itirən “Toyota Prius” markalı minik avtomobili beton arakəsməyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Sürücü və 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Xəsarət alan sərnişinlərdən 1997-ci il təvəllüdlü İlqar Murad oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qəzada vəfat edən 27 yaşlı İlqarın fotosunu təqdim edirik:


SON XƏBƏRLƏR

25 Iyun 2024