• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Daha bir “Rus Evi” bağlandı

CƏMİYYƏT

05 Noyabr 2025 | 17:06

Daha bir “Rus Evi” bağlandı

Moldova hökuməti Rusiya ilə mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin denonsasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az Radio Moldova-ya istinadla xəbər verir ki, qanun layihəsi hakimiyyətin “Kremlinin hibrid təsir aləti” hesab etdiyi Kişinyovda Rusiya Elm və Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanmasını nəzərdə tutur.

Sənədə indi parlamentdə baxılacaq. pizza

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova hökumətinin qərarından təəssüfləndiyini bildirib. "Moldova rəhbərliyinin ölkəmizə qarşı düşmənçilik etməkdə, ölkəmizlə bağlı hər şeyi inkar etməkdə davam etməsi böyük biabırçılıqdır", - o, RBC-ya deyib.

Kişinyovda Rusiya Elm və Mədəniyyət Mərkəzi 2009-cu ildə açılıb./yenisabah


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026