Ağdaş şəhəri, M.Rəsulzadə küçəsi, 31 ünvanında fəaliyyət göstərən "Ağdaş Bazar" ASC-yə məxsus bazarda planlı yoxlama keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı bazarda etiket məlumatları olmayan şor, süd, pendir, qatıq, turşu, mürəbbə və bal məhsullarının satışa çıxarıldığı, süd və süd məhsullarının müvafiq müşayiətedici sənədlərinin olmadığı məlum olub. Həmçinin ət və süd məhsullarının temperatur rejiminə riayət edilmədən açıq hava şəraitində saxlanıldığı, qida məhsullarının yerdən və divardan ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərinə yığıldığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, asan təmizlənən və dezinfeksiyayadavamlı materialdan hazırlanmadığı, yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan şəxslərin tibbi müayinədən keçmədikləri, xüsusi geyimlə təmin olunmadıqları və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib olunaraq bazar rəhbəri inzibati məsuliyyətə cəlb edilib, etiket məlumatları olmayan qida məhsullarının satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.
Bakı 










