• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

SİYASƏT

20 Iyul 2024 | 13:28

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Azərbaycanda sentyabrın 1-nə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək istəyən iddialılar zəruri prosedurların icrasına başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, VI çağırış Milli Məclisin bitərəf statuslu deputatlarından bəziləri artıq 1 sentyabr seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Parlamentdəki bitərəf deputatlar korpusunun təmsilçisi olan Sahib Alıyev növbədənkənar seçkilərdə namizədliyini irəli sürdüyünü bildirib:

“Sənədlərimi 93 saylı Ağdaş seçki dairəsinə təqdim edərək imza vərəqələrini götürmüşəm. Mümkün olan qısa müddət ərzində tələb olunan sayda seçici imzaları toplanıb komissiyaya təqdim olunacaq”.

“Report”un sorğusunu cavablandıran Milli Məclisin digər bitərəfləri - Könül Nurullayeva (24 saylı Nizami birinci), Əminə Ağazadə (62 saylı Kürdəmir) və Jalə Əliyeva (95 saylı Zərdab-Kürdəmir-Ucar) da 1 sentyabr seçkilərinə qatıldıqlarını, sənədlərini artıq müvafiq Dairə seçki komissiyalarına təqdim etdiklərini bildiriblər.Report


SON XƏBƏRLƏR

29 Oktyabr 2024