Xəbər verdiyimiz kimi, avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazilriyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Məlumata görə, aqustun 19-da saat 09:50 radələrində isə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.
Təxribatın törədilmə səbəbləri və doğuracağı nəticələr barədə Bakıvaxtı.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, son dövrlər Ermənistan uydurduğu “birgə komissiya”dan bəhs edir ki, sərhəd insidetlərinin araşdırlması ilə bağlı guya Azərbaycanla Ermənistan arasında hansısa ortaq “komissiya” yaradılmalıdır:
“Əlbəttə, bu, Ermənistanın öz uydurmasıdır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan ərazilərində Avropa İttfaqının mülki müşahidə missiyası adı altında Qərb kəşfiyyatı geniş fəaliyyət göstərir. Ermənistan Avropa İttifaqı missiyası adı altında, təxribatçıların fəaliyyət göstərməsi, eləcə də Ermənistanın sistematik şəkildə sülh müqaviləsi imzalamaqdan yayınmağı fonunda hansısa ortaq komissiyadan söhbət belə gedə bilməz. Ermənistan tərəfindən bu “komissiya”ya dair iddialar səsləndirilən vaxt, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Ermənistanın bu uğursuz “təklifinə” dəstəyini ifadə etdi. Bu fikir səsləndiriləndən dərhal sonra sərhəddə insidentlər daha aktiv fazaya keçməyə başladı və son 3-4 gün ərzində bir neçə dəfə Naxçıvan istiqamətində, nəhayət indi də Kəlbəcər istiqamətində Ermənistan növbəti təxribatını törədir”.
Müsahibimiz qeyd edib ki, Erənistanın Qərblə əlaqələrini daha da dərinləşdirməyi fonunda, həmçinin Fransanın Ermənistanı silahlandırması, ABŞ-nin bu ölkədə hərbi təlimlər keçməsi, özəlliklə Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində belə təxribatlar törətməsi Ermənistanın niyyətini açıq-aydın ortaya qoyur.

Tural İsmayılov: Putinin Bakıya səfəri ərəfəsində təxribatlar törətməsi Ermənistanın niyyətini açıq-aydın ortaya qoyur
Onun sözlərinə görə, Ermənistan hər vəchlə danışıqlar prosesindən, eyni zamanda bölgədə sabitliyin əldə edilməsinə töhvə verməkdən qaçır, əlindən gələn təxribatları törədib, bölgədə qarşıdurma yaratmağa çalışır:
“Bütün bunlar Ermənistanın Naxçıvan və Kəlbəcərdə törətdiyi təxribatların gerçək səbəbləridir”.
Aydın Baxış










jpg-1726644323.webp)





