• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Keşiş Baqratın payız fəallığı: Paşinyan vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcək

SİYASƏT

18 Sentyabr 2024 | 09:50

Keşiş Baqratın payız fəallığı: Paşinyan vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcək

Ermənistanın sabiq prezidenti Robert Koçaryanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Past” qəzeti məlumat yayıb ki, Rusiya rəhbəri Koçaryanı 70 illik yubileyi münasibətilə təbrik edib. Nəşrə görə, telefon danışığı faktının özü diqqəti çəkir, xüsusən indiki vəziyyətdə:

"Görünən odur ki, yeni siyasi proseslər ərəfəsində Rusiya Ermənistana diqqətini artırır".

Vurğulanıb ki, Rusiya Nikol Paşinyan hökumətini etibarlı tərəfdaş və müttəfiq kimi görmür. Məlum olduğu kimi revanşist “Vətən naminə Tavuş” Hərəkatı sentyabrın 23-də hökumətə qarşı itaətsizlik aksiyalarına başlayacaq. Hərəkata keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Baqrat məqsədlərinin hakimiyyət dəyişikliyi olduğunu açıqlayıb. Ermənistan hökumətinin təmsilçiləri hərəkatın Rusiya tərəfindən dəstəkləndiyini iddia edir. Koçaryana gəlincə, onun rəhbərlik etdiyi “Ermənistan” bloku artıq hərəkata dəstəyini açıqlayıb.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Rusiyanın Ermənistanla bağlı planları çoxdur, amma regionda mövcud vəziyyət Moskvanın İrəvan üzərində rahat hərəkətinə imkan vermir.

Ekspertin sözlərinə görə, keşiş Baqrat Qalstanyanın etirazları, hətta günlərlə sürən aksiyaları istənilən nəticə vermir:

"Qalstanyanın Paşinyanı devirmək üçün atdığı addımlar təsirsiz qalmaqdadır. Etirazların sosial təbəqəsi və miqyası böyük deyil. Ermənistan cəmiyyətində radikal və revanşist müxalifətə inam, etibar yoxdur. Ona görə müxalifətə də dəstək vermirlər”.

Samir Hümbətov: Keşiş Baqratın etirazları, hətta günlərlə sürən aksiyaları istənilən nəticə vermir

Müsahibimiz qeyd edib ki, bu məqamda erməni ictimaiyyəti Paşinyandan tam razı olmasa belə, onun qarşısında olan müxalifət gücləri də dəstəkləmir. Hətta ictimai-siyasi şəxlərə belə etimad yoxdur:

“Belə məqamda Rusiyanın Ermənistana təsir imkanları, oradakı proseslərə müdaxilə şansı çox azdır. Təbii ki, Moskva İrəvan üzərində əvvəlki kimi söz sahibi olmağı istəyir. Mövcud vəziyyət isə ona imkan vermir”.

“Keşiş Qalstanyanın etiraz aksiyalarının da geniş yayılma ehtimalı yoxdur. Paşinyan adminstrasiyası daxildəki vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcək", - deyə Samir Hümbətov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR