• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Danimarka Ukraynaya 19 ədəd F-16 qırıcısı tədarük edəcək

SİYASƏT

22 Fevral 2024 | 16:25

Danimarka Ukraynaya 19 ədəd F-16 qırıcısı tədarük edəcək

Danimarka Ukraynaya bu ilin yayında 19 ədəd F-16 qırıcıları tədarük edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, Ukrayna Rusiya ordusunun səmada üstünlüyünə qarşı çıxmaq üçün Amerika istehsalı olan F-16 qırıcılarından istifadə etmək istəyir.

    ABŞ tərəfi bu ilin yayında ukraynalı pilotların təlimləri başa çatana qədər F-16 qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib.

    Niderland hökuməti də ötən ilin avqustunda Ukraynaya F-16 qırıcılarının göndəriləcəyini açıqlayıb və Krallıq ukraynalı pilotlara təlimlər keçirildiyini qeyd edib, lakin 42 təyyarənin nə vaxt tədarük ediləcəyini açıqlamayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026