• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Debütant 11 futbolçu ilə müqavilə imzaladı

İDMAN

19 Iyul 2023 | 16:14

Debütant 11 futbolçu ilə müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bu gün yerli futbolçularla anlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, ötən mövsüm 27 qolla Birinci divizionun bombardiri olan Orxan Əliyev, eləcə də komandanın Premyer Liqada vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib. 

“Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə “Araz-Naxçıvan”ın formasını geyinəcək. 

Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, buna qədər “Araz-Naxçıvan” 3 legionerlə - qapıçı Semir Bukviç, Nuno Miguel və Vandersonla anlaşıb. Heyətin komplektləşdirilməsi istiqamətində çalışmalar davam etdirilir.   


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026