• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

HADİSƏ

05 Avqust 2022 | 12:46

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

04 avqust 2022-ci il tarixində saat 17:45-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilmişdir.

Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Abşeron rayon Masazır qəsəbə sakinləri 22 oktyabr 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 31 mart 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilərək, ilkin tibbi yardım göstərildikdən sonra “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılmışlar.


SON XƏBƏRLƏR

26 Aprel 2024