“Digər qanunlarda qəbul etmişik ki, Xəzər dənizinə 300 və 140 metrə qədər məsafədə tikinti işi aparmaq olmaz”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, əgər dənizin ortasında hansısa adalar yaradılırsa, digər qanun layihəsi necə öz həllini tapacaq?
Onun sözlərinə görə, dünyanın bir çox yerində Xəzər dənizi sülh və əmin-amanlıq rəmzidir:
"Eyni zamanda, Çində, Rusiyada, Yaponiyada və ABŞ kimi ölkələrdə hərbi-strateji məqsədli adalar yaradılır. Gələcəkdə belə bir şeyə ehtiyac duyulacaqmı?"
"Üçüncüsü, investisiya qoyan şirkətlərin cəlb olunması necə baş tutacaq? Güzəştlər nəzərdə tutulurmu? Çünki işin həcmi olduqca böyükdür, bu tikindi adi yerlərdə olanlardan daha çətindir”, - deyə Siyavuş Novruzov əlavə edib..
Aytac Aslan
















