“Mən “Qarabağ” komandasının ən çətin günündə, ən ağır vəziyyətində dilənib, o komandaya kömək etmişəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas “Xoş gəldim” verilişində deyib.
O, "Qarabağ"dan danışanlardan gileylənib:
“Vaxt var idi, oyunçular aylarla maaş ala bilmirdilər. Birtəhər tapıb, verirdik. İndi də mənə hörmət edirlər. Bilirlər ki, mən “Qarabağ” üçün nələr etmişəm. Amma bəzən görürəm ki, komanda haqqında danışarkən adımı çəkmirlər, demirlər ki, nələr etmişəm. Hətta zamanında “Qarabağ” komandasının prezidenti mən olmuşam. Sonradan Tahir Gözəl oldu”.
Ziyafət Əlisoy





jpg-1712813597.webp)










