• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Deputatlar Türkiyəyə səfər edəcəklər

SİYASƏT

12 Iyul 2021 | 15:46

Deputatlar Türkiyəyə səfər edəcəklər

İyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindan Bakıvaxtı.az-a-a verilən məlumata görə, deputatlar burada 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar. Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Mustafa Şəntop və hadisə şahidlərinin çıxışları dinləniləcək. Deputatlarımız 15 iyul hadisələri zamanı TBMM-in binasının zərər görmüş hissəsinə gedəcək, burada şəhidlərin xatirəsinə güllər düzəcək və sərgi ilə tanış olacaqlar.

Səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri Anıtkabiri və Heydər Əliyev Parkını da ziyarət edəcək, TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupunda deputat həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.

Səfər iyulun 16-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026