• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Laçın dəhlizi nəzarətə götürülməlidir - POLİTOLOQ

SİYASƏT

11 Avqust 2021 | 13:49

Laçın dəhlizi nəzarətə götürülməlidir - POLİTOLOQ

“Laçın dəhlizi nəzarətə götürülməli, Qarabağdakı separatçılar tərskilah olunmalıdırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib: “Azərbaycan Müdafiə Nazirliyinin bugünkü açıqlamasında Rusiyanın imzaladığı bəyanatlara riayət etmədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmadığı, yeni erməni postlarının yaradılmasına şərait yaradıldığı vurğulanıb. Başqa sözlə Azərbaycan Müdafiə Nazirliyi də etiraf edib ki, Rusiya Ermənistanla birgə bəyanatın müəddəalarını pozur. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasının son cümləsi belədir: “Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”.

Elxan Şahinoğlu qeyd edib ki, bu açıqlama havada qalmamalıdır: “Açıqlamada yazıldığı kimi “Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır” cümləsinin reallaşdırılması mexanizmləri hərəkətə gətirilməlidir. Laçın dəhlizi nəzarətə götürülməli, Qarabağdakı separatçılar tərskilah olunmalıdırlar – bunun başqa alternativi yoxdur”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026