• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Dərslər niyə 15 sentyabrda başlamır? - RƏSMİ 

CƏMİYYƏT

07 Sentyabr 2021 | 14:23

Dərslər niyə 15 sentyabrda başlamır? - RƏSMİ

"Hamıya maraqlıdır ki, dərslər niyə 15 sentyabrda başlamır. Bu, yoluxma sayının artması ilə bağlı verilən qərardır." 

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən brifinqdəki çıxışı zamanı bildirib. 

"Hamıya maraqlı olan məsələ budur ki, niyə təhsil həmişəki vaxtında deyil, bir həftə gec bərpa olunur.
Bu, yoluxma sayının artımı ilə bağlı verilən qərardır. 
Biz proqnozlaşdırırıq ki, 22 sentyabrdan sonra yoluxma sayı nisbətən aşağı düşəcək və biz tədrisi yenidən distand formaya qaytarmaq məcburiyyətində qalmayacağıq" - deyə, nazir qeyd edib. 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026