• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dərsliklərlə bağlı şagirdlər arasında sorğuya başlanılıb 

CƏMİYYƏT

21 Iyun 2021 | 14:45

Dərsliklərlə bağlı şagirdlər arasında sorğuya başlanılıb

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, bu məqsədlə “Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib. Hər bir dərslik üzrə sorğuya daxil olaraq irad və təklifləri yazmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyi bu il ilk dəfə olaraq şagirdlərin fikirlərini öyrənməyi planlaşdırır və onları bu sorğuda yaxından iştiraka dəvət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026