• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

DGK-da araşdırma başladı: İşdən qovulanlar var

CƏMİYYƏT

21 Dekabr 2022 | 14:48

DGK-da araşdırma başladı: İşdən qovulanlar var

Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır.

Bakıvaxtı.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov göstəriş verib.

Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütübəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb.

O da aydın olub ki, DGK-nın bəzi rütübəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsa da, həmin ölkələrə getmədən "təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunur və bəzinin barəsində isə araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR