Əməkdar artist Dilarə Əliyevayaya sənət dostları maraqlı sürpriz hazırlayıb.
Bakıvaxtı.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, şair Sevinc Çılğının Dilarə xanıma ithaf etdiyi “Dostum” şeirinə Xalq artisti Mehriban Zəki və Pərviz Hüseyn mahnı bəstələyiblər.
Yeni mahnı Mehriban Zəkinin ifasında ekranlaşdırılıb.
“Dostum” klipinin rejissoru İlham Yaşaroğlu və Sevinc Çılğın, operatoru Kənan Məmmədov, gafferi (red- işıqlandırma nəzarətçisi) Nihad Malikli, montajçısı Tacəddin Dəmirov, prodüseri isə Günay Məhərrəmovadır.

Qeyd edək ki, D.Əliyeva “SOY Production” mərkəzinin mərhum rəhbəri Oqtay Əliyevin həyat yoldaşıdır. Onların Aytən və Banu adında 2 övladı var.
Dilarə Əliyeva 16 oktyabr 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Bakı 


