• Bakı 28° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

DİN-dən Qiyas İbrahimovla bağlı açıqlama

CƏMİYYƏT

22 Iyun 2023 | 19:46 | Müəllif: Qalib İbrahimoğlu

DİN-dən Qiyas İbrahimovla bağlı açıqlama

“Vətəndaş Qiyas İbrahimov inzibati məsuliyyətə cəlb olunaraq həbs edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrinin tərkib əlamətlərinə görə polis tərəfindın toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026