• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

CƏMİYYƏT

22 Iyul 2023 | 17:33

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı bağlı təqdimata baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs və vəkili həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş ediblər.

Qərara əsasən irihəcmli iş üzrə təqdimat təmin edilib, B.Hacıyevin həbsdə saxlama müddəti 2 ay 10 gün uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qaraşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026