Ölkə daxilində baş verən 35 cinayətin açılması həyata keçirilib.
Bakıvaxtı.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Həmçinin, cinayət törətməkldə şübhəli bilinən 31 şəxs aidiyyatı olaraq saxlanılıb.
Üstü açılan cinayətlərdən narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt aşkar edilib.
















