• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Dinamo” güclü rəqibdir - Saşa Yunisoğlu

İDMAN

20 Avqust 2024 | 18:41 | Müəllif: Subhan Mahmudov

“Dinamo” güclü rəqibdir - Saşa Yunisoğlu

Bugünkü oyunu böyük maraqla gözləyirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu idman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

O, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə ilk matçını şərh edib. Yunisoğlunun sözlərinə görə, Azərbaycan çempionu xorvatlarla dueldə yenidən tarix yaza bilər: “Komandanın uğurları bütün Azərbaycan futbolunun üçün xeyrinədir. Sözsüz, “Dinamo” güclü rəqibdir. “Qarabağ”ın son oyunlarındakı nəticələrindən və uğurlardan xəbərdardılar. Onlar qrup mərhələsinə çıxmaq üçün maksimum güclərini ortaya qoyacaqlar. Düşünürəm ki, “Dinamo” “Qarabağ”ı 2 qat cox analız edib. Buna görə də Qurban Qurbanovun komandasının son rəqiblərinin səhvlərini təkrarlamamağa çalışacaqlar. Ağdam klubu müdafiədə daha diqqətli olmalıdır. İnanıram ki, onlar Azərbaycana yenidən Çempionlar Liqası bayramını yaşadacaqlar”.

Qeyd edək ki, “Dinamo” - “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə 23:00-da Zaqrebdə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026