• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Doğma yurdda həyat canlanır - VİDEO

CƏMİYYƏT

19 Yanvar 2024 | 11:20 | Müəllif: Subhan Mahmudov

Doğma yurdda həyat canlanır - VİDEO

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən tikilən Zabux kəndində həyat canlanır. Doğma yurda qayıtmış 203 ailənin, yəni 783 nəfərin dayanıqlı məskunlaşması təmin edilib. 

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış prosesinin sürətlə həyata keçirildiyini vuğulayan Milli Məclisin deputatı Mahir Abbaszadə Zabux kəndinə köçürülmənin yüksək səviyyədə aparıldığını, burada layiqli həyat şəraitinin təmin edilməsi üçün zəruri infrastrukturun qurulduğunu bildirib. 

“Azərbaycan tarixinin ən yaddaqalan günlərini yaşayırıq”, - deyən deputat qeyd edib ki, dövlətin iqtisadi gücü sayəsində qarşıdakı illərdə, Böyük Qayıdış proqramına uyğun olaraq, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı daha intensiv xarakter alacaqdır.

Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Qaçqnların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdlarına qayıtmış soydaşlarımız haqqında hazırladığı videoçarxları təqdim edir. 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026