Doğumdan sonra ananın bətnində cuna qaldığı məlum olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Taylandın Raychaburi əyalətində baş verib.
Belə ki, 24 yaşlı qadın mayın 29-da doğum edib. Lakin gənc qadın 19 iyunda bətnində yad cisim qaldığının fərqinə varıb.
Həkimə müraciət edəndən sonra ananın bətnində cuna qaldığı və bunun infeksiya yaratdığı məlum olub. Nəticədə müayinədən sonra gənc anaya müalicə yazılıb.
Qadının anası hadisəni "Facebook"da işıqlandıraraq hamilə qadınları ehtiyatlı olmağa çağırıb.
Xəyalə Rza
















