• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

 “Donuz qripi”: Necə edək ki, virusa yoluxmayaq?

CƏMİYYƏT

08 Dekabr 2022 | 14:04 | Müəllif: Qalib İbrahimoğlu

“Donuz qripi”: Necə edək ki, virusa yoluxmayaq?

Xəbər verdiyimiz kimi, Rusiyada “donuz qripi”nə yoluxma halları artır.

Bakıvaxtı.az-ın məlumatına görə, ölkənin 74 regionunda “donuz qripi” aşkarlanıb. Bildirilir ki, ölkədə kəskin respirator virus infeksiyası və qripə yoluxma son bir həftə ərzində 23 faiz artıb.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko əhalini ictimai yerlərdə maska taxmağa çağırıb. Onun sözlərinə görə, hazırda qrip və koronavirus infeksiyası sürətlə yayılır.

Qeyd olunub ki, Yeni il bayram tətilindən sonra və fevralın sonlarında infeksion xəstəliklərin yayılması pik həddə çatacaq.

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Influenza A virusunun subtipi olan H1N1, digər adı ilə desək, “donuz qripi” digər tip influenzalardan daha kəskin gedişi ilə xarakterizə olunur: “Lakin bu virus yeni deyil. Çox uzun zamandır ki, var və əgər testlər aparılsa, qış mövsümündə bir çox ölkədə yoluxmalar aşkarlana bilər. Lakin bəzən vəziyyət daha ciddi olur. Bu cür durumlarda tədbirlər görməkdə fayda var”.

N.Əzimli bildirib ki, xüsusilə koronavirusla eyni vaxtda artması bu viruslara qarşı daha ayıq-sayıq olmalı, maskadan istifadə etməli, ictimai yerlərdən uzaq qalmalı, tez-tez əlləri sabunlu su ilə yumalıyıq: “Nəzərə almaq lazımdır ki, “donuz qripi” bəzən ölümlə də nəticələndiyi kimi, əksər hallarda sağalsa belə bir çox hallarda kəskin gedişata malik xəstəlikdir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026