• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... - FOTOLAR

GÜNDƏM

14 Iyun 2021 | 19:54

Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gecə Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası baş verib.

Bakıvaxtı.az “Range Rover” markalı 10 CO 002 dövlət nömrə nişanlı avtomobili ilə qəzaya səbəb olan “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevlə bağlı bəzi məlumatları əldə edib.

Belə ki, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışan E.Kəlbəliyev, “Əlincə” futbol klubunun prezidenti olub. Maraqlıdır ki, 2010-cu ildə yaradılan, ötən il isə fəaliyyətini dayandıran sözügedən klubun təsisçi də Kəlbəliyevin qayınatası, “Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzov olub.

Qeyd edək ki, E.Kəlbəliyev qəzanı törədən zaman sərxoş olub. O, hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.\

“Qafqazinfo”


Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... - FOTOLARDörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... - FOTOLARDörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026