• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

"DOST" müfəttiş layihəsinin təqdimatı olub

Gündəm

05 Iyul 2024 | 11:15

DOST müfəttiş layihəsinin təqdimatı olub

"DOST" müfəttiş layihəsinin təqdimatı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyatı etraflı qiymətləndirilir, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilir.

Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır.

Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır.

Qeyd olunub ki, layihə həmçinin müəssisələrə əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təşkilinə, "Əmək və Məşğulluq altsisteminin tətbiqində onların qarşılaşdığı çətinliklərın aradan qaldırılmasına yardım edir.

Bildirilib ki, artıq bu layihə bir neçə qurumda tətbiq edilib.


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024