• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dövlət Baxçalı Ərdoğana çağırış etdi

DÜNYA

17 Mart 2024 | 13:22 | Müəllif: Subhan Mahmudov

Dövlət Baxçalı Ərdoğana çağırış etdi

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.

Bakıvaxtı.az bildirir ki, MHP-nin 14-cü qurultayında çıxış edən MHP sədri Rəcəb Tayyib Ərdoğanı siyasi fəaliyyətini davam etdirməyə çağırıb.

Qeyd edək ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin iştirak edəcəyi son seçkilər olduğunu bildirib.

Dövlət Baxçalı isə deyib ki, Rəcəb Tayyib Ərdoğan Türk millətini yalnız buraxa bilməz: "Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən! Cümhur İttifaqı yanındadır. Yeni əsrin qurtuluş lideri olaraq Sizi görmək istəyirik!".

Qeyd edək ki, Dövlət Baxçalı qurultayda MHP sədri postuna yeganə namizəddir./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026