• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dövlət Komitəsi 175 minlik tenderin qalibini - ELAN ETDİ

CƏMİYYƏT

18 Oktyabr 2022 | 15:38

Dövlət Komitəsi 175 minlik tenderin qalibini - ELAN ETDİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Qafqaz Consulting” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, müqavilənin maliyyə dəyəri 175 min 890 manatdır.

Müqavilədə marifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətləri satın alınması nəzərdə tutulur.

Tenderin şərtlərindən məlum olur ki, qurum Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yaranmasının 21-ci il dönümü münasibətilə Azərbaycanda dövlət-din münasibətlərinin əsas inkişaf istiqamətləri, vicdan azadlığı və media mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi və eyni adlı konfrans, erməni vandalizminin qurbanı olmuş dini abidələrimiz mövzusunda konfrans və digər tədbirləri keçirməyi planlaşdırır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qafqaz Consulting” MMC 5 mart 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Atabəyli Nigar Ramazan qızıdır.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026