• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maskdan “Twitter” işçilərinə: Ya uzun saatlar işləyin, ya da işdən çıxın

CƏMİYYƏT

17 Noyabr 2022 | 13:45

Maskdan “Twitter” işçilərinə: Ya uzun saatlar işləyin, ya da işdən çıxın

Ötən həftələrdə 44 milyard dollarlıq sövdələşmə ilə “Twitter”i alan məşhur milyarder İlon Mask şirkətin işçilərindən ağır iş rejimində işləmələrini və ya təzminat ödəməklə işi tərk etmələrini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, işdən çıxarılma və istefa müzakirələrinin qızışdığı bir vaxtda şirkətin yeni sahibi İlon Mask yerdə qalan işçi heyətinə ultimatum verib.

“Twitter” əməkdaşlarına göndərilən e-poçta görə, Mask şirkətdəki yeni prosesdə qeyri-adi performansa ehtiyac olduğuna diqqət çəkib.

Mask sözügedən e-poçtda "İrəli gedərək yeni bir cığır açan “Twitter 2.0” yaratmaq və getdikcə daha rəqabətli bir dünyada müvəffəqiyyətli olmaq üçün son dərəcə sərt olmalıyıq. Bu, yüksək sıxlıq, uzun saatlar işləmək deməkdir" yazıb.

“Yeni “Twitter”in bir hissəsi” olmaq istəyən işçilərdən cümə axşamı Nyu-York vaxtı ilə saat 17:00-a qədər e-poçta əlavə edilmiş linkə klik etmələri istənilib.

Mask qeyd olunan müddət bitənə qədər öhdəliyi təsdiq etməyənlərdən 3 aylıq təzminat alacağını bildirib.

E-poçtda, həmçinin, yazılıb: "Qərarınızın nə olmasından asılı olmayaraq, “Twitter”in uğur qazanması üçün göstərdiyiniz səylərə görə təşəkkür edirik."

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026