• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Ədliyyə qulluqçularının peşə bayramı Zəfər sevinci ilə birgə qeyd olunur" 

CƏMİYYƏT

17 Noyabr 2022 | 14:54

"Ədliyyə qulluqçularının peşə bayramı Zəfər sevinci ilə birgə qeyd olunur"

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı olaraq ölkəmizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyətdir.  

Ulu öndər H.Əliyev Azərbaycan SSRİ-nin tərkibində olarkən yaratdığı iqtisadi potensialla dövlət suverenliyinin və iqtisadi müstəqilliyin təməlini qoyub. H.Əliyevin tarixi missiyasının ən parlaq dövrü isə onun ikinci dəfə xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərlik etməsindən sonra başlayıb. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrini Ermənistan tərəfi könüllü olaraq icra etməkdən boyun qaçırsa da, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində öz şücaəti ilə bu qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa edib. İşğal olunmuş torpaqların azad edilməsi həm də vətəndaşlarımızın konstitusiya hüquqlarının bərpa edilməsini təmin edib. Bütün Azərbaycan xalqı Ali Baş Komandanımızın ətrafında sıx birləşərək, düşmən üzərində layiqli zəfərə birgə addımladı, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına nail olub.

Ümummilli liderin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 1918-ci ildə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi tarix – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi hər il yüksək sevinc hissi ilə qeyd olunur. Azərbaycan ədliyyəsinin 100 illik yubileyi böyük ruh yüksəkliyi və təntənə ilə geniş qeyd olunması ilə yadda qalıb. Bu münasibətlə mühüm beynəlxalq konfrans keçirilərək ədliyyənin şanlı tarixinə və keçdiyi inkişaf yoluna nəzər salınıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ədliyyə işçiləri və hakimlərə müraciəti və böyük bir qrup əməkdaşları dövlət mükafatları ilə təltif etməsi həmin yubileyi daha da əlamətdar edib.

Eyni zamanda ölkə başçısını dövlət siyasəti nəticəsində gənclərdə ədliyyə sahəsində işləməyə həvəsi artıb, habelə gənc könüllülər ədliyyədə fəaliyyətinə cəlb olunmuş və böyük bir hissəsi artıq daimi işə qəbul edilib. Bu gün hüquq mühafizə orqanlarının gənc əməkdaşları dahi öndərin müstəqil Azərbaycan dövlətinə sədaqət, saflıq və yüksək mənəvi keyfiyyətlər kimi dəyərləri öz fəaliyyətlərində rəhbər tutaraq püxtələşir, onlara məsul vəzifələr etibar olunur. Buna misal olaraq hüquq-mühafizə orqanları gənc əməkdaşlarının birinci Forumu bu orqanlarda xidmət edən gənclərin ölkənin hərtərəfli inkişafına töhfə vermək əzminin daha da yüksəldilməsinə, sabitliyin və təhlükəsizliyin, həmçinin dövlət-vətəndaş həmrəyliyinin etibarlı təmin olunması sahəsində bu orqanların qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir. Ədliyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər və islahatlar yeni nəsil gənc hüquqşünasları xidmətə gəlməsində stimul olmuşdur. Şəffaf müsabiqələr əsasında əksəriyyətini gənclər təşkil edən şəxslər qulluğa qəbul olaraq ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü artıq hər il xalqımızın şanlı qələbə sevinci ilə birgə qeyd olunur. Bu münasibətlə ədliyyə orqanlarında silsilə tədbirlər təşkil olunaraq, xalqımızın Vətən müharibəsində zəfər yürüşünə, Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna nəzər salınaraq, ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilir, vətən müharibəsi qəhrəmanlarının xatirəsi əbədiləşdirilir. İşlədiyim İmişli regional ədliyyə idarəsinin rəhbərliyi və kollektivi də daim vətən müharibəsi iştirakçılarına həssas yanaşaraq işçilərə nümunəvi davranış sərgiləməklə yanaşı vətən müharibəsi şəhidlərinin xatirəsini ədədiləşdirən fəvvarə inşa etdirmişdir.

Bundan başqa, Vətən müharibəsində ədliyyə əməkdaşları da iştirak etmiş, I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ali baş komandanımızın müəllifi olduğu şanlı zəfər tariximizdə ədliyyə işçilərinin töhfəsi bizləri qürurlandırır. Böyük tarixi keçmişə malik olan Azərbaycan ədliyyəsi ən gözəl dövrün yaşamaqdadır, belə ki Ədliyyə Nazirliyinin peşakar ali heyyəti başda cənab nazir Fikrət Məmmədov olmaqla daim işçilərə qayğı və diqqət göstərir, habelə rəhbərliyin müvafiq əmr və tapşırıqları vətəndaşlara xidmətdə xüsusi əhəmiyyət daşıyır. Nazirliyin rəhbərliyi vətəndaşlara yüksək səviyyədə xidmət göstərərək onlara hər zaman həssas və qayğıyla yanaşır. Bütün bunlara yerlərdə vətəndaşların qəbulu və onların problemlərinin operativ həllini göstərmək olar. Hər bir ədliyyə işçisi kimi məndə öz növbəmdə bütün ədliyyə ailəsini peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, şərəfli işlərində yeni müvəffəqiyyətlər diləyirəm.

Beləliklə, Azərbaycan dövlətinin apardığı uğurlu və tarazlaşdırılmış xarici siyasət sayəsində xalqın təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən gözəl mühitin yaradılıb-qorunmasında və ölkəmizin dünya miqyasında mövqelərinin möhkəmləndirilməsi, həm də bölgədə aparıcı dövlətə çevrilməsinə nail olunmasında misilsiz işlər görmüş cənab prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk!

Bütün həmkarlarımın peşə bayramı mübarək olsun!

Rüfət Qasımov,

II dərəcəli ədliyyə qulluqçusu

İmişli regional ədliyyə idarəsinin məsləhətçisi                                          

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026