• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bakı-Sumqayıt qatarındakı gecikmənin səbəbi

CƏMİYYƏT

17 Noyabr 2022 | 14:36

Bakı-Sumqayıt qatarındakı gecikmənin səbəbi

Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sərnişin qatarlarında qeydə alınan gecikmələr Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman idarəetmə tablosunu qidalandıran elektrik kabelinə kənar şəxslərin müdaxiləsi səbəbindən baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında deyilir.

"Nəticədə xətdə qısaqapanma yaranıb, gərginlik kəsilib və qatarların hərəkət qrafikində qismən gecikmələr baş verib. Çətinlik tez bir zamanda aradan qaldırılıb və qatarların hərəkət qrafiki bərpa edilib.

Bundan başqa, Güzdək istiqamətində yaranmış texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də qismən gecikmələr baş verib. Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa edilib", - məlumatda deyilir.

"Azərbaycan Dəmir Yolları" QSC yaranmış hər iki hadisə ilə bağlı müvafiq araşdırma aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026