Göygöldə 39 yaşlı kişi ürəktutmasında vəfat edib.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Göygöl Su Kanal idarəsində qeydə alınıb. Belə ki, qurumun əməkdaşı, 1983-cü il təvəllüdlü S.Hüseynovun səhhəti qəfil pişləşib yıxılıb.
Dərhal təcili yardım çağırılıb. Müayinə zamanı həkimlər onun öldüyünü müəyyən edib.
Məlumata görə, 39 yaşlı S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
















