• Bakı 21° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Sərhəd pozucusunun evində nələr aşkarlandı? - DSX-dən ƏMƏLİYYAT FOTO

HADİSƏ

03 May 2022 | 12:48 | Müəllif: Qalib İbrahimoğlu

Sərhəd pozucusunun evində nələr aşkarlandı? - DSX-dən ƏMƏLİYYAT - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində sərhəd mühafizə və əməliyyat tədbirləri davam etdirilir.

DSX-dan Bakıvaxtı.az-a verilən xəbərə görə, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanın, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiy­yəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaq­malın Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.

Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə bir­gə həmin şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Sərhəd pozucusunun evində nələr aşkarlandı? - DSX-dən ƏMƏLİYYAT - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR