• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DSX-dən əməliyyat: Çoban SAXLANILDI

HADİSƏ

02 Iyun 2022 | 11:38

DSX-dən əməliyyat: Çoban SAXLANILDI

Dövlət Sərhəd Xidməti ölkəyə narkotik gətirilməsinin qarşısını alıb, saxlanılan var.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 28-də saat 23:30 radələrində DSX-nin “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanmışdır.

Yardımlı rayon polis əməkdaşları ilə birgə keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Deman kəndində çoban kimi fəaliyyət göstərən və orada müvəqqəti yaşayan Yardımlı rayonunun Arvana kənd sakini 1989-cu il təvəllüdlü Şükürov Elsevər Kamil oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

Araşdırma zamanı E.Şükürov dövlət sərhədini Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun sifarişi ilə narkotik vasitə gətirilməsi üçün qanunsuz olaraq keçdiyini etiraf etmişdir. Onun yaşadığı həyətyanı əraziyə baxış zamanı 4 ədəd bağlamada 2 kiloqram 30 qram “marixuana” və qara polietilen salafana bükülmüş 2 ədəd 130 ml qabda maye halda “metadon” narkotik vasitələri aşkar olunaraq götürülmüşdür.

Hazırda R.Əliyevin saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026