• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - ölənlərin sayı 6-ya çatdı - YENİLƏNİB

HADİSƏ

02 Iyul 2022 | 10:31 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - ölənlərin sayı 6-ya çatdı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Bakıvaxtı.az-a bildirilib ki, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

***01:30

Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, ölənlərdən biri azyaşlıdır.

***

00:11

Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.

***

23:51

Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az-ın  məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə VAZ-2107-nin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026