• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU

HADİSƏ

03 May 2022 | 10:14 | Müəllif: Subhan Mahmudov

Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU

Mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026