• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kürdəmirdə kütləvi DAVA - 5 nəfər...

HADİSƏ

03 May 2022 | 20:36

Kürdəmirdə kütləvi DAVA - 5 nəfər...

Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.

Kənd sakini Allahverənov Əfqan Gülü oğlu özünə məxsus əkin sahəsini suvaran zaman həmkəndlisi Məmmədov Abdulla Nuru oğlu ilə aralarında mübahisə yaranıb. Bu zaman onlar bir-birlərinə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bundan sonra mübahisəyə onların yaxınları da müdaxilə edib, lakin bu, kütləvi dava ilə nəticələnib. Dava zamanı kənd sakinləri, qardaşlar - Allahverənov Əfqan Gülü oğlu, Allahverənov Allahverən Gülü oğlu, Allahverənov Fəxrəddin Gülü oğlu, Allahverənov Daşqın Gülü oğlu, qarşı tərəfdən isə Məmmədov Abdulla Nuru oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026