• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Döyüşlər ağır olacaq" - Zelenskidən AÇIQLAMA

DÜNYA

09 Aprel 2022 | 16:58 | Müəllif: Subhan Mahmudov

"Döyüşlər ağır olacaq" - Zelenskidən AÇIQLAMA

Ölkənin cənubunda və şərqində döyüşlər ağır olacaq, lakin Ukrayna öz qələbəsinə inanır.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstriyanın federal kansleri Karl Neqammerlə görüşün yekunlarına dair brifinqdə deyib.

O, Ukraynanın döyüşməyə və paralel olaraq Rusiya ilə dialoq aparmağa hazır olduğunu bildirib.

"Ukrayna həmişə danışıqlara hazır olduğunu və müharibəni dayandırmaq üçün istənilən yolları axtaracağını bildirib. Eyni zamanda, təəssüf ki, biz dövlətimizin şərqində mühüm, necə deyərlər, həlledici döyüşə hazırlıq görürük. Bunu söyləmək mənim üçün çətindir və proqnozlarla bağlı məsuliyyəti öz üzərimə götürmək istəmirəm. Dövlətimizin müdafiəsi və daim nümayiş etdirdiyimiz mübarizə üçün məsuliyyəti öz üzərimə götürə bilərəm”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, paralel olaraq Ukraynanın şərqində və cənubunda Rusiya qoşunlarının toplanması davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026