• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

DSMF-dan təqdirəlayiq addım: Bu hallarda endirim ediləcək

CƏMİYYƏT

20 Noyabr 2023 | 11:34

DSMF-dan təqdirəlayiq addım: Bu hallarda endirim ediləcək

Dövlət Sosial Müdafiə Fondundan pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu fondun sədri Himalay Məmişov ”Sosial tərəfdaş” adlanan yeni layihənin təqdimatı ilə bağlı keçirilən brifinqdə deyib.

Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir.

H. Məmişovun sözlərinə görə, nağdsız ödənişlər zamanı güzəştlər və endirimlər ediləcək: "Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026