• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

DSX-dən əməliyyat - 22 kiloqram narkotik...

HADİSƏ

06 Mart 2025 | 13:03

DSX-dən əməliyyat - 22 kiloqram narkotik...

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8 kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Fevral ayının 26-da saat 20:40-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitə marixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev Əhəd Əlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü Məmmədli Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlü Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman Mahir oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


DSX-dən əməliyyat - 22 kiloqram narkotik...DSX-dən əməliyyat - 22 kiloqram narkotik...DSX-dən əməliyyat - 22 kiloqram narkotik...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR