• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

DSX generalının qız qaçıran bacısı oğlu HƏBS EDİLDİ

HADİSƏ

10 Yanvar 2024 | 15:15

DSX generalının qız qaçıran bacısı oğlu HƏBS EDİLDİ

Dövlət Sərhəd Xidmətinin generalı Aqil Babayevin bacısı oğlu Aydınov Ümid Aydın oğlu qız qaçırdığı üçün həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb. Ancaq qız evi şikayət etdiyindən Aydınov Ümid Aydın oğlu və Həmidov Elvin Nemət oğlu barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci (Zorlama - yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs azadlıqdan məhrum edilib. Məhkəmə Ümid Aydınova 7 il həbs cəzası verib.

Qeyd edək ki, general-mayor Aqil İnşallah oğlu Babayev Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsinin rəisi olub./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026