Yunanıstanda kik-boks üzrə Avropa çempionatı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, WAKO Versiyası üzrə Avropa çempionatının “master class” kateqoriyasında ölkəmizi Azərbaycan Respublikası Dovlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin baş zabiti zabiti, mayor Fuad Zeynalov təmsil edib.
O, yunan rəqibi Pantazis Stefanos üzərində inamlı mübarizə aparsa da, hakim ədalətsizliyi nəticəsində məğlub olub.
Beləliklə, kik-boksçu Avropa üçüncüsü tituluna layiq görülüb.
Qeyd edək ki, idmançı 9 illik fasilədən sonra Avropa çempionatının fəxri kürsüsündə yer alıb.
Bakıvaxtı.az-a açıqlamasında Fuad Zeynalov qələbəsi ilə bağlı öz təəssüratlarını bölüşüb:
"Qələbəmi bütün şəhidlərimizə həsr edirəm. Azərbaycan Respublikasına xidmət edirəm".
Əli Hüseynov