Ukrayna lideri Zelenski Milli Qabaqcıl Yer-Hava Raket Sisteminin (NASAMS) onlara çatdığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, "CBS News"a danışan Zelenski Ukraynaya verdiyi dəstəyə görə ABŞ prezidenti Co Baydenə və ABŞ Konqresinə təşəkkür edib.
"Ukraynalıları evlərinə qaytarmaq üçün təhlükəsizliyə ehtiyacımız var" deyən Zelenski, bu daşınmanın ölkədəki mülki infrastrukturu qorumaq üçün kifayət etmədiyini vurğulayıb. ABŞ-dan da tank istəyən Ukrayna prezidenti hesab edir ki, Birləşmiş Ştatlar liderliyini nümayiş etdirib tanklar versə, Almaniya və digər Avropa ölkələri də bu addımı atacaqlar: "Ukrayna şəhərlərini tanklarla işğaldan xilas etməkdə bizə kömək edin”.
"Bizi nüvə silahı ilə təhdid etməyə başlayıblar. Dünya bir ölkə, ya da bir adamdan asılı olacaq? Dünya buna qərar verməlidir" deyən Zelenski Rusiyanın nüvə təhlükəsini xatırladıb.
Aytac Aslan





png-1666772677.webp)










