• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Çeçen xüsusi təyinatlılar MƏHV EDİLDİ

DÜNYA

26 Oktyabr 2022 | 12:34

Çeçen xüsusi təyinatlılar MƏHV EDİLDİ

Ukraynanın Luqansk vilayətinin Novoivanovka yaşayış məntəqəsinə nöqtəvari artilleriya zərbələri nəticəsində Çeçenistandan olan xüsusi təyinatlıların sursat anbarı və 10-dan çox döyüşçüsü məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri vilayətin Svatovo yaşayış məntəqəsində 10-dək Rusiya hərbçisini və döyüş komplekti ilə yüklənmiş 5 avtomobili məhv edib.

Məlumata görə, son sutkada Rusiya Ukraynanın yaşayış məntəqələrinə 5 raket, 30 aviasiya zərbəsi, reaktiv yaylım atəşi sistemindən yüzdən artıq atəş açılıb. Qırxdan çox yaşayış məntəqəsi, o cümlədən Dnepr şəhəri və Dnepropetrovsk vilayəti, Xarkov vilayətinin Prikolotnoye şəhəri, Xerson vilayətinin Bolşaya Aleksandrovka şəhərləri hava hücumuna məruz qalıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 3 “Ka-52” zərbə helikopterini sıradan çıxarıblar. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026