2025-ci ildə bədii gimnastika üzrə dünya kuboku seriyası beş deyil, dörd mərhələdən ibarət olacaq.
Bakıvaxtı.az xəbər verir ki, son illər seriyanın ilk turniri adətən Yunanıstanda keçirilirdisə, yeni mövsümdə Palao Falirodakı turnir təqvimdə olmayacaq.
2025-ci il dünya kuboku seriyasının ilk mərhələsi aprelin 4-6-da Sofiyada keçiriləcək. Ardınca növbə Bakıya çatacaq (18-20 aprel).
Milli Gimnastika Arenasındakı yarışdan sonra Daşkənddə seriyanın üçüncü mərhələsi baş tutacaq (25-27 aprel). Gələn il dünya çempionatının finalına isə Milan (18-20 iyul) ev sahibliyi edəcək. /idman.biz
















