• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Dünyanın ən hündür taxta binası tikilir

DÜNYA

16 Aprel 2022 | 16:46 | Müəllif: Subhan Mahmudov

Dünyanın ən hündür taxta binası tikilir

"Schmidt Hammer Lassen" şirkətinin danimarkalı memarları İsveçrənin Vintertur şəhərində inşa olunacaq yaşayış binasının layihəsini nümayiş etdiriblər.

Bakıvaxtı.az oxu.az-a istinadən bildirir ki, bu, dünyanın ən hündür taxta konstruksiyalı binası olacaq.

"Rocket&Tigerli" adlanan kompleksin avtomobilqayırma zavodunun yerləşdiyi keçmiş sənaye meydançasında tikilməsi planlaşdırılır. O, 100 metr hündürlüyə çatacaq müxtəlif hündürlükdə dörd komponentdən hazırlanacaq.

Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır. Kompleksdə mənzillər, tələbə yataqxanaları, restoran və ticarət obyektləri yerləşəcək. Binaların fasadı terakota kərpic və plitələrlə üzlənəcək.

Binaların dizaynı ətrafdakı tikililərə uyğun olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR